“Neftçi”dən SON TRANSFER -  1 milyon dollara yaxın əməkhaqqı alacaq?

27 Avqust 2024 09:40 Neftçi 6 987
“Neftçi”dən SON TRANSFER -  1 milyon dollara yaxın əməkhaqqı alacaq?

"Neftçi"nin yeni hücumçu transfer edəcəyini günlər öncə xəbər vermişdik.

Bakılılar axtardığı forvardı Qazaxıstanda tapıb.

"Ağ-qaralar" Dembo Darbo ilə anlaşıb.

26 yaşlı qambiyalı son olaraq "Ordabası"nın formasını geyinib. Müqavilə ilə "Əl-Nəsr"ə (BƏƏ) məxsus afrikalı "Neftçi"nin 2+1 illik müqavilə təklifini qəbul edib.

Qambiya yığmasında 5 oyun keçirmiş 186 sm boya malik mərkəz oyunçusu burada nə qədər pul qazanacaq? İlk iki il ərzində 1 milyon dollara yaxın əməkhaqqı alacağına dair iddialar var.

"Neftçi" bu yay ona kimi 8 transfer əməliyyatı həyata keçirib.

Bunlar Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev, Robert Bauer, Andrey Ştoqrin, Rüstəm Samiqullin (icarə, "Sabah"), Rafal Quzzo və Mustafa Sekdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti