"Neftçi "rəhbərliyi bu qədər pul təklif etdi, yenə “yox” dedi

26 Avqust 2024 13:00 Neftçi 5 610
"Neftçi "rəhbərliyi bu qədər pul təklif etdi, yenə “yox” dedi

«Neftçi» rəhbərliyi ilə Qara Qarayev arasında günlərdən bəri davam edən danışıqlar bitib.

Tərəflər arasında razılıq əldə olunmayıb.

Roman Qriqorçukun xidmətindən imtina etdiyi dayaq yarımmüdafiəçisi ona təklif olunan şərtlə razılaşmayıb. Halbuki rəsmilər millinin sabiq üzvünə heç də pis variant təkif eləməyib.

Ondan illik qazancının yarısı qədər təzminat qarşılığında müqavilənin xitam verməsi istənilib.

Ötən ilin yayında «Qarabağ»dan gələn və 250 min dollarlıq kontrakt bağlayan Qarayevin sözləşməsi 2025-ci ildin yayınadək qüvvədədir.

O, bu pulun son qəpiyinədək ödənilməsini tələb edib və qalan vaxtı əvəzedicip heyətdə keçirəcyini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...