"İnanın, eyni addımı “Neftçi”nin qapıçısı atsaydı, yenə də etiraz etməzdim”

25 Avqust 2024 11:55 Neftçi 1 517
"İnanın, eyni addımı “Neftçi”nin qapıçısı atsaydı, yenə də etiraz etməzdim”

“Çətin oyun oldu, kmandanın ümumi durumu ürəyimiz istədiyimiz kimi deyil.

Buna baxmayaraq, komanda şəklində xarakter göstərdik. Sona kimi yaxşı mübarizə apardıq və yekunda 1 xal qazandıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Yuri Matias Premyer Liqanın 4-cü turunda səfərdə “Araz-Naxçıvan”la heç-heçə (1:1) etdikləri oyun barədə danışarkən deyib.

Braziliyalı bildirib ki, qazanılan 1 xal qarşıdakı matçlarda daha da çox xallar qazanmalarına kömək olacaq: “Neftçi” adı varsa, 1 xal itki sayılır. Bizə sadəcə bir qələbə lazımdır ki, qarşıdakı oyunlara stimul olsun”.

Matias bildirib ki, komandada çatışmayan yalnız qələbədir: “Əminəm ki, bir qələbədən sonra hər şey başqa cür olacaq.

“Neftçi” “Araz-Naxçıvan”la matçda hesabı bərabərləşdirdiyi epizod rəqibin etirazı ilə qarşılandı. Rəqib “ağ-qaralar”ı fair-playi pozmaqda ittiham etdi.

Y.Matias bu fikrə belə münasibət bildirib: “Bizim işimiz futbol oynamaqdır. İnanın ki, eyni addımı “Neftçi”nin qapıçısı atsaydı, yenə də etiraz etməzdim”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti