“Neftçi”dən getdi, “Qarabağ” haqda suala bu cer cavab verdi: “Sevirəm”

24 Avqust 2024 03:00 Neftçi 3 686
“Neftçi”dən getdi, “Qarabağ” haqda suala bu cer cavab verdi: “Sevirəm”

Sportinfo.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə Zaqreb “Dinamo”suna böyük hesabla (0:3) məğlub oldu.

Xorvatiya təmsilçisi bu qələbə sayəsində, demək olar ki, cütün taleyini həll edib.

Amma futbolda hər şey baş verə bilər. Belə böyükhesablı məğlubiyyətlərdən sonra dəfələrlə geridönüşlərin şahidi olmuşuq.

Ancaq ən azı indiki reallığı nəzərə alanda “Dinamo” kimi təcrübəli komanda qarşısında belə qəhrəmanlıq çətin görünür.

Bu oyunla bağlı ölkəmizdə legioner həyatı yaşamış, azarkeşlərin sevgisini qazanmış, “Neftçi”nin sabiq qapıçısı İvan Brkiçlə danışdıq.

Görəsən, təcrübəli qolkiper matçı izləyibmi? Tərəflərin şanslarını necə dəyərləndirir?

Eyni zamanda hansı komandanın növbəti mərhələyə yüksəlməsini istəyir? Onun “Football-plus.az”a söylədikləri:

“Dinamo”nun böyük üstünlüyü var, amma hələ heç nə bitməyib. “Qarabağ” uduzsa da, nə qədər təhlükəli ola biləcəyini göstərdi.

Xüsusən də Bakıda stadion dolu olacaq və onlar evdə yaxşı oynayırlar. Eynilə “Dinamo” da çox təcrübəli komandadı.

Çox maraqlı qarşılaşma olacaq. İstəyirəm ki, maraqlı matç olsun və yaxşı olan qalib gəlsin.

Mən xorvatam, öz ölkəmi və klublarımızı sevirəm, lakin Azərbaycanı da sevirəm. Güclü olan mərhələ adlasın”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti