“Barselona”lı müdafiəçi 3 il “Neftçi”də - RƏSMİ

23 Avqust 2024 19:20 Neftçi 1 544
“Barselona”lı müdafiəçi 3 il “Neftçi”də - RƏSMİ

"Neftçi" növbəti transferini rəsmən açıqlayıb.

Klubun mətbuat xidməti bu haqda açıqlama yayıb.

Bakı təmsilçisi Mustafa Seki heyətinə cəlb edib.

Seneqal əsilli ispaniyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 28 yaşlı legioner 24 nömrəli forma geyinəcək.

Həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacaran Sek “Barselona”nın müxtəlif yaş qrupu komandalarında, “Latsio”, “Roma” və İtaliyanın digər klublarında çıxış edib,

Niderland və Portuqaliya komandalarında oynayıb. Sonuncu klubu “Portimonense” (Portuqaliya) olub.

Mustafa Sekin transferi haqda ilk məlumatı Sportinfo.az yayıb. Avqustun 21-də bu keçidi oxucularımızın diqqətinə çatdırmışıq (https://www.sportinfo.az/idman_xeberleri/neftci/202091.html).

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...