“Neftçi”dən iddialı açıqlama: “Məqsədimiz çempion olmaq, kuboku qazanmaqdır”

23 Avqust 2024 20:00 Neftçi 2 545
“Neftçi”dən iddialı açıqlama: “Məqsədimiz çempion olmaq, kuboku qazanmaqdır”

“Neftçi” cari mövsümə uğursuz başlayıb.

İlk 3 oyunda “Turan Tovuz” və “Səbail”lə bərabərə qalan “ağ-qaralar” “Sabah”a məğlub olmaqla yadda qalıb.

Bu gedişlə nəinki çempionluq uğrunda mübarizə aparmaq, hətta gümüş medalları qazanmaq çətin görünür.

Buna baxmayaraq, komandanın aparıcı simalarından olan Yuri Matias nikbindir. Brazilioyalı müdafiəçi Sportinfo.az-a açıqlamasında “Neftçi”nin hədəfinin çempionluq olduğunu deyib:

“Rəqiblərin kimliyi önəmli deyil. Məqsədimiz mövsümü çempion qismində başa vurmaq, ölkə kubokunu qazanmaqdır.

Bəlkə də çempionata yaxşı başlamamışıq. Ancaq qarşıda oyunlar çoxdur.

Məqsədimiz dəyişməz qalır. Mümkün titulları qazanmaq istəyirik. Çünki biz “Neftçi”liyik”.

“Ağ-qaralar” Premyer Liqanın 4-cü turu çərçivəsində “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan”ın qonağı olacaq.

Avqustun 24-dəki qarşılaşma saat 20:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...