«Bu gün «Neftçi» haqda danışmaq həm asan, həm də çətindir».
Futbol eksperti Emin Abbasov belə deyib.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində paytaxt təmsilçisinin Premyer Liqaya uğursuz start verməsindən danışıb.
Bildirib ki, «ağ-qaralar»ın «Turan Tovuz» və «Səbail»lə heç-heçədən sonra «Sabah»a uduzması müxtəlif amillərlə bağlıdır.
Tanınmış teleşərhçi Roman Qriqorçukun «beşli müdafiə»yə keçidinin yanlış olduğunu söyləyib.
Qeyd edib ki, yeni baş məşqçi taktiki cəhətdən səhv seçimlər etməklə yanaşı, əsas heyəti də düzgün müəyyənləşdirmir.
Abbasov ukraynalı mütəxəssisin mövcud transfer siyasətini dəyişmədiyini, həmçinin bəzi funksionerlərin bu məsələlərdə doğru olmayan mövqe sərgilədiyini vurğulayıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

