“Neftçi” də iki nəfərlə yollar ayrılır

23 Avqust 2024 16:00 Neftçi 5 265
“Neftçi” də iki nəfərlə yollar ayrılır

Heyətin gücləndirilməsinə xüsusi diqqət ayıran “Neftçi” bu planda son mərhələyə qədəm qoyub.

Sol cinah müdafiəçisini Bakıya gətirən “ağ-qaralar” yaxın günlərdə daha bir hücumçu ilə sözləşmə imzalayacaq.

Ardınca “təmizləmə” işləri ilə bağlı anons veriləcək. Yeni transferlər komandaya qoşulan kimi gedənlərin adları açıqlanacaq.

Bunlar argüntinalı Lukas Melano ilə millimizin sabiq üzvü Qara Qarayevdir.

Bu futbolçuların heç biri baş məşqçi Roman Qriqorçukun planlarına daxil deyil. Odur ki, komandada yer almaları məqsədəuyğun deyil.

Hazırda sözügedən oyunçularla ortaq məxrəcə gəlmək yönündə son danışıqlar gedir. Qarayevlə Melano müqavilədə göstərilən məbləğin böyük hissəsini tələb etsələr də, rəhbərlik bir qədər güzəştə getmələrini istəyir.

İstənilən halda bu ayın sonuna qədər hər ikisi ilə yollar ayrılacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...