"Neftçi"də toplandı - Roman Qriqorçuk bu adamların önünə çıxdı

23 Avqust 2024 00:10 Neftçi 2 301
"Neftçi"də toplandı - Roman Qriqorçuk bu adamların önünə çıxdı

“Neftçi”nin baş icraçı direktoru Cenk Sümer, idman direktoru Yens Andersson, Futbol komandaları və əməliyyatları üzrə direktor Zaur Əzizov və əsas komandanın baş məşqçisi Roman Qriqorçuk ilə “Neftçi” Futbol Akademiyasının məşqçi heyəti arasında görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, görüş tanışlıq xarakterli olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Neftçi” Futbol Mərkəzində baş tutan tədbirdə uşaq futbolu, infrastruktur və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Sonda “Neftçi” Futbol Akademiyasının komandalarına yeni mövsümdə uğurlar arzulanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti