“Neftçi”ni QALMAQALa sürüklədi və bağışlandı - VİDEO

22 Avqust 2024 22:40 Neftçi 1 320
“Neftçi”ni QALMAQALa sürüklədi və bağışlandı - VİDEO

"Neftçi"nin legioneri Ervin Koffinin cəzası azaldılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.

Cinah müdafiəçisinə verilmiş iki oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni bir oyunluq cəza şərti tətbiq edilib. Fransalıya 3 aylıq sınaq müddəti verilib.

O, "Səbail"lə heç-heçə (1:1) etdikləri Premyer Liqanın II turunun matçı bitdikdən sonra azarkeşlərə kənar əşya atdığı üçün diskvalifikasiya edilmişdi.

"Ağ-qaralar"a buna görə tətbiq edilmiş 2000 manat cərimə qüvvədə saxlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...