Qara Qarayev "Neftçi"də elə bir hərəkət etdi ki… Eşidənlər mat qaldı!

22 Avqust 2024 14:00 Neftçi 14 063
Qara Qarayev "Neftçi"də elə bir hərəkət etdi ki… Eşidənlər mat qaldı!

«Neftçi» rəhbərliyi tərəfindən əvəzedici heyətə göndərilən Qara Qarayev burada hər kəsin rəğbətini qazanıb.

Roman Qriqorçukun xidmətində maraqlı olmadığı yarımmüdafiəçi gənclərə xüsusi diqqət göstərir.

O, Əvəzedicilər Liqasında mübarizə aparan komandaya mükafat fondu ayırıb. Çempionatda qələbə qazanan futbolçulara 50-100 manat civarında pul verməyi öz üzərinə götürüb.

Qarayev onlara bildirib ki, «Neftçi»də qaldığı müddətdə bu dəstək aksiyasını davam etdirəcək.

Rəşad Abdullayevin çalışdırdığı kollektiv liqanın geridə qalan 3 həftəsində 6 xal toplayıb. İki qələbə və 1 məğlubiyyət alan «ağ-qaralar» turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...