“Neftçi” yeni transferini açıqlayacaq.
Bu gün, uzağı sabah.
Bu barədə klubun Mətbuat Departamentinin rəhbəri Rüsəm Əfsərli məlumat verib.
Yeni transferin ad-soyadı haqda məlumat verilməsə də, sol cinah müdafiəçisi olduğu dəqiqdir:
"Hazırda tibbi müayinədən keçir. Bu gün və ya sabah keçid rəsmən açıqlanacaq".
R.Əfsərli hazırda Bakıda olan legionerin adını açıqlamasa da, əldə etdiyimiz məlumata görə, o, ispaniyalıdır.
Tərəflər arasında 2+1 illik müqavilənin imzalanması nəzərdə tutulub.
Paytaxt təmsilçisi bu yay 7 transfer gerçəkləşdirib.
Bunlar Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev, Robert Bauer, Andrey Ştoqrin, Rüstəm Samiqullin (icarə, "Sabah") və Rafal Quzzodur.
SPORTİNFO.AZ

