COP29

Mutuya tam səlahiyyət verildi - “Neftçi” 500-600 minlik legionerləri,..

14 İyul 2023 13:00 Neftçi 3 962
Mutuya tam səlahiyyət verildi - “Neftçi” 500-600 minlik legionerləri,..

"Neftçi"nin baş məşqçisi Adrian Mutu artıq transfer çalışmalarına başlayıb.

Üç gün öncə 2 illik müqaviləyə imza atan rumıniyalı çalışdırıcıya klub rəhbərliyi tərəfindən tam sərbəstlik verilib.

O, istədiyi futbolçunu Azərbaycana gətirməkdə müstəqildir.

Təbii, gözlənildiyi kimi, yeni çalışdırıcnın təyinatından sonra paytaxt təmsilsində transferlərə ayrılan büdcədə artım da qeydə alınıb.

Mutuya qiyməti 500-600 min avro civarında legionerlər almaq icazəsi tanınıb.

Rumıniyalı mütəxəssis "ağ-qaralar"a ilk transferi öz ölkəsindən etmək istəyir. Belə ki, Mutu ÇFR-in mərkəz müdafiəçisi Yuri Matiasın xidmətində maraqlıdır,

Artıq "Neftçi" və ÇFR arasında danışıqların başladığı da bildirilir. Rumıniya klubu 28 yaşlı arxa xətt oyunçusu üçün 500 min avro tələb edir.

Mutunun sabiq klubu "Rapid" də Matiası transfer etmək istəyir.

ÇFR Yuri Matiası 2022-ci ilin fevral ayında "Qaz Metan"dan transfer edib.

Braziliyalı son mövsümdə komandanın heyətində meydana çıxdığı 51 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Klubu ilə 1 illik müqaviləsi olan oyunçunun "Transfermakt" saytında dəyəri 1 milyon 800 min avrodur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti