“Neftçi” ilə “Sabah” 100 minlik istedadı istəyir

18 May 2022 20:00 Neftçi 3 649
“Neftçi” ilə “Sabah” 100 minlik istedadı istəyir

“Neftçi”ylə “Sabah” gözünü “Şamaxı”nın futbolçusuna dikib.

Cari mövsümdə bölgə təmsilçisinin heyətində inamlı çıxışı ilə yadda qalan Pərviz Azadov imkanlı klubların maraq dairəsindədir.

2000 doğumlu yarımmüdafiəçinin “Şamaxı” ilə müqaviləsi olduğundan, müştərilər ona sahib olmaq üçün əlini cibinə salmalıdır. Burada söhbət kiçik məbləğdən yox, azı 100 min manatlıq transfer sövdələşməsindən gedir.

Yəni “Neftçi”ylə “Sabah” Pərvizə sahib olmaq üçün azı bu məbləği göz önünə almalıdır. Əks halda mümkün olmayacaq.

Pərviz Azadov cari mövsümdə “Şamaxı”nın heyətində Premyer Liqada 12 matçda 803 dəqiqə meydanda olmaqla 2 qol vurub, 2 qolun ötürməsini verib. Ölkə kubokunda 3 oyunda 147 dəqiqə mübarizə aparıb.

Maraq üçün xatırladaq ki, “Şamaxı” bu ilin yanvarında Azər Salahlını “Neftçi”yə 100 min manata satmışdı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti