“Neftçi”nin çörəyi bu iki futbolçunun halal xoşu olsun”

5 Fevral 2022 16:00 Neftçi 2 277
“Neftçi”nin çörəyi bu iki futbolçunun halal xoşu olsun”

“Qış fasiləsində bu cür güclənmənin fonunda itkilərimiz də oldu”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyev deyib.

Fanklubun lideri yeni il öncəsi komandanı tərk edən iki futbolçuya təşəkkür borcunun olduğunu vurğulayıb:

“Onlar olsaydı, “Neftçi” daha da güclü görünərdi. Mamadu Kane ağ-qara formanı geyindiyi dönəmdə meydanda canını qoydu.

“Neftçi”nin çörəyi halal-halal xoşu olsun. Eləcə də Sabir Buqrin. Onlara qədər isə Namiq Ələsgərovla Anton Krivotsyuku itirmişdik.

İllər sonra çempionluq həsrətimizə son qoyulmasında onların böyük əməyi oldu.

Ümid edək ki, gələnlər onların yerini dolduracaq. İndi “Neftçi”yə səviyyəli hücumçu transferi vacibdir”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu