“Neftçi”dən “Zirə”yə keçmək üçün gün sayır

5 Fevral 2022 15:00 Neftçi 3 355
“Neftçi”dən “Zirə”yə keçmək üçün gün sayır

Ötən ilin yayında “Keşlə”dən “Neftçi”yə üz tutan Sezar Meza Kollinin mövsümün sonundan buradan da getmək istəməsi haqda məlumat vermişdik.

Paraqvaylı legioner bu istəyini rəsmilərə bildirib.

Yarımmüdafiəçi mövsümün sonunda müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam vermək niyyətində olduğunu deyib. O. buna səbəb kimi əsas heyətdə yer almamasını göstərib.

AFFA-nın bir ara milliləşdirmək istədiyi cənubi amerikalının bakılılarla sözləşməsinin ikiillik olmasını xatırladaq.

Sezarın formasını geyinməyi arzuladığı klub da ona yaxşı tanışdır – “Zirə”. Orta sahə oyunçusunun 5 il öncə qəsəbə klubundan ayrılmasını da yada salaq.

“Qartallar” hələ yayda paraqvaylı legionerin xidmətində yenidən maraqlı idi. Sadəcə, Sezar həmin vaxt daha yaxşı müqavilə şərtlərinə görə “ağ-qaralar”ı seçmişdi.

Menecerinin Samir Abasovla şəxsi münasibətləri də bu təklifi qəbul etməsində böyük rol oynamışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti