"Neftçi" ilə uzunmüddətli müqavilə bağladı və dedi: "Bu mövqedə daha yaxşıyam"

5 Fevral 2022 13:40 Neftçi 986
"Neftçi" ilə uzunmüddətli müqavilə bağladı və dedi: "Bu mövqedə daha yaxşıyam"

"Əslində universal futbolçuyam, həm hücumda, həm də müdafiədə oynaya bilirəm".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi" ilə anlaşan Azər Əliyevə aiddir.

"Ufa"dan ayrılaraq, Bakı təmsilçisi ilə 3,5 illik müqavilə bağlayan 27 yaşlı yarımmüdafiəçi hansı mövqedə oyneamaq istəməsi barədə sualı cavablandırıb:

"Son zamanlar müdafiədə oynadığımı nəzərə alsaq, bu mövqedə daha yaxşıyam. Bununla belə, irəlidədə çox yaxşı çıxış edə bilirəm.

Məşqçi hansı mövqedə oynayacağıma qərar versə, həmin mövqedə də çıxş edib, komandama maksimum xeyir verməyə çalışacam".

Digər Xəbərlər
Xəbər Lenti