"Neftçi"də gündəm yenə odur – Şura nəticələri saf-çürük edəcək

5 Fevral 2022 13:00 Neftçi 1 026
"Neftçi"də gündəm yenə odur – Şura nəticələri saf-çürük edəcək

«Neftçi»nin Müşahidə Şurasının gələn həftə bir araya gəlməsi gözlənilir.

Gündəlikdə əsas komandanın müzakirəsi var. Buna təşəbbüskar Zaur Qəhrəmanovdur.

Şura üzvlərini narahat edən məsələ kollektivin qeyri-sabit çıxışıdır. Premyer Liqada zirvədən 11 xal geri düşən «ağ-qaralar» bazar ertəsi «Qarabağ»la derbidə üz-üzə gələcək.

Paytaxt təmsilçisi bu qarşılaşmanı da məğlub bitirərsə, praktiki olaraq çempionluq titulu ilə vidalaşacaq. Ölkə kubokuunda da perspektiv sual altındadır.

Samir Abasovun drujinası ¼ final mərhələsinin ilk oyununda «Sabah»ın müqaviməiini qıra bilməyib - 1:1.

Bilirik ki, rəhbərlik baş məşqçidən kuboku qazanmağı tələb edir. «Sabah» səddini aşmaq mümkün olmasa, Abasov istefa ərizəsi yazmaq məcburiyyətində qalacaq.

Bir sözlə, Müşahidə Şurasının gündəmi önümüzdəki həftədə qeydə alınacaq nəticələrə bağlıdır.

Z.Qəhrəmanov S.Abasovun qalmasının əleyhinədir. Adam hələ Azərbaycan Premyer Liqanın IX tur matçında "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra sosial şəbəkədə baş məşqçini nəzərdə tutaraq, "O, maksimum Musiqili Komediya Teatrında səhnə quraşdıra bilər" şərhini yazmaqla, öz mövqeyini birmənalı olaraq ortaya qoyub.

Z.Qəhrəmanovdan olsaydı, komanda 2 ay öncə başqa mütəxəssisə tapşırılacaqdı. S.Abasov nəzir-niyaz paylamalıdır ki, Zaur Əzizov bu arada vəzifə başına gətirildi.

İdman direktoru postuna əyləşən yeni funksioner şuranın əsas simasından baş məşqçi ilə bağlı möhlət alıb, onun limitini artırıb. Aydın məsələdir ki, bu, müvəqqətidir.

Komandanın mövsümü titulsuz başa vurması Z.Əzizovun da əl-qolunu bağlayacaq, daha S.Abasovun müdafiəsini təşkil edə bilməyəcək.

Ağıllı insandır, özünü boş yerə niyə tankıın altına atsın ki?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı