“Mən buna görə “Neftçi“nin təklifini hörmətlə qəbul etdim“

5 Fevral 2022 02:30 Neftçi 981
“Mən buna görə “Neftçi“nin təklifini hörmətlə qəbul etdim“

“Düşünürəm ki, hər hansı keçid irəli addımdır“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin yeni transferi Azər Əliyevə aiddir.

Bakı təmsilçisi onunla 3,5 illik müqavilə bağlayıb. 27 yaşlı yarımmüdafiəçinin sonuncu klubu Rusiya Premyer Liqasında mübarizə aparan “Ufa” (2018-2020, 2021-2022) olub.

Əliyev bu ölkədə “Yenisey” (2012-2017), “Saxalin” (2013), “Krılya Sovetov” (2017-2018) və “Tambov” (2021) komandalarında da çıxış edib:

“Bu, təcrübədir, yeni sınaqdır. Buna görə də bu təklifi hörmətlə qəbul etdim. Ümid edirəm ki, bir müddət sonra bunu təbəssüm və qürur hissi ilə xatırlayacam“.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”