"Neftçi"dən: "Məşqlərə qoşulub, HİK-lə oyunda meydana çıxa bilər"

2 Avqust 2021 20:00 Neftçi 1 726
"Neftçi"dən: "Məşqlərə qoşulub, HİK-lə oyunda meydana çıxa bilər"

Çempionlar Liqasının II təsnifat mərhələsinin "Olimpiakos"la Bakıda baş tutan cavab görüşündə zədələnən müdafiəçi Ömər Buludovun durumu artıq yaxşıdır.

Bu barədə Sportinfo.az-a açıqlamasında "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

Klub rəsmisi "Ömər komanda ilə məşqlərə qoşulub. Zədə ilə bağlı hər hansısa problemi yoxdur. Məşqçilər korpusu şans verəcəyi halda HİK-lə oyunda meydana çıxa bilər" - deyə, bildirib.

Buludov "Olimpiakos"la görüşün 31-ci dəqiqəsində zədələnərək yerini Mirabdulla Abbasova vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?