Azərbaycan millisinin sabiq müdafiəçisi Ruslan Əmircanov yutubda yayımlanan “Tura Baxış” verilişinin qonağı olub.
Sportinfo.az xəbər verir ki, karyerasını bitirmiş futbolçu oynadığı vaxtlarda “Xəzər Lənkəran” səfərində başına gələn maraqlı hadisəni danışıb:
“Neftçi”nin heyətində olarkən Lənkəran səfərinə getdik. Matçın gedişində azarkeşlərdən biri tribunadan məni çağırmağa başladı.
Düşündüm ki, yəqin tanış kimsədir, bir salam verim, o da sevinsin.
Tribunaya tərəf dönəndə həmin azarkeş məni söyməyə başladı. Dedi ki, “Ruslan, dostun Kamrana qol vurmaq istəyirsən?”

