"Neftçi"də QARA problem(i) - O, bunu üstün tutdu

28 Avqust 2024 15:00 Neftçi 4 279
"Neftçi"də QARA problem(i) - O, bunu üstün tutdu

"Neftçi" ilə futbolçusu Qara Qarayev arasında bir müddətdir davam edən danışıqlar bitmir.

Millinin keçmiş yarımmüdafiəçi "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçukun planlarına daxil deyil.

Ukraynalı mütəxəssis təyinatı zamanı Qaranın komandada qalmasına sevinirdi.

Ancaq Ərzurum toplanışında Qriqorçuk futbolçunun yaxşı formada olmadığını görüb və heyətdən uzaq qalacağını bildirib. Bununla bağlı Qaranın özü də bir neçə dəfə məlumatlandırılıb.

Bu səbəbdən Qarayevdən yaxşı təklif qarşılığında müqaviləyə xitam verilməsi istənilib. Amma o, bununla razılaşmaq fikrində deyil.
Futbolçuya illik qazancının yarısı qədər təzminat təklif edilib.

Ancaq Qara müqaviləsinin sonunadək əvəzedici heyətdə qalmağı üstün tutub.

Tərəflər arasında müqavilənin müddəti 2025-ci ilin yayınadəkdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...