Premyer Liqanın ilk 5 həftəsində qələbə qazana bilməyən «Neftçi» diqqəti yenidən transfer bazarına çevirib.
Paytaxt təmsilçisi bu məsələdə Roman Qriqorçukun raportunu əsas götürüb.
Yönətim yeni baş məşqçi ilə uzun-uzadı müzakirələrdən sonra daha 2 legionerı düşərgəyə gətirməyə razılaşıb.
Komandanın mövcud durumunu dəyərləndirən ukraynalı mütəxəssis müdafiə və yarımmüdafiə xətlərinin mərkəzini gücləndirməli olduqlarını bildirib.
İdarəçilər Qriqorçukun bu çağırışından sonra hərəkətə keçib və müxtəlif menecerlər vasitəsilə 10-a yaxın namizədi gündəminə alıb.
«Neftçi» yaydan bəri 9 transfer edib.
Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev, Robert Bauer, Andrey Ştoqrin, Rüstəm Samiqullin (icarə, "Sabah"), Rafal Quzzo, Mustafa Sek və Dembo Darbo ilə müqavilə imzalanıb.
SPORTİNFO.AZ