"Neftçi" bu dəfə hücumçu ilə razılıq əldə etdi – SON DƏQİQƏ

22 Avqust 2024 10:40 Neftçi 6 697
"Neftçi" bu dəfə hücumçu ilə razılıq əldə etdi – SON DƏQİQƏ

Mövsümə uğursuz başlayan «Neftçi» vəziyyətdən çıxış yolu axtarır.

Bakılılar çarəni yeni oyunçuların alınmasında görür.

Roman Qriqorçukun anons etdiyi legionerlər bir-bir gəlməkdədir.

Dünən xəbər verdiyimiz kimi, Mustafa Seçki artıq buradadır. Seneqal kökənli ispaniyalı son cinah müdafiəçisi tibbi baxışdan keçib.

Qarşıdakı günlərdə daha bir əcnəbi Azərbaycana təşrif buyuracaq. «Ağ-qaralar»ın anlaşdığı legioner hücum xəttində çıxış edir.

Düşərgədən redaksiyamıza verilən məlumata görə, onunla şifahi anlaşma əldə olunub. Forvard karyerasını ölkəmizdə davam etdirməyə razıdır.

Bircə klubunun bu keçidə okey verməsi qalıb və «Neftçi» rəhbərliyi ümid edir ki, qarşı tərəf sonda heç bir problem yaratmayacaq.

Paytaxt təmsilçisi bu yay 7 transfer gerçəkləşdirib.

Bunlar Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev, Robert Bauer, Andrey Ştoqrin, Rüstəm Samiqullin (icarə, "Sabah") və Rafal Quzzodur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...