COP29

Qriqorçuk “Neftçi”dən gedərsə, yeni baş məşqçi də əcnəbi olacaq, yoxsa yerli?

19 Sentyabr 14:00 Neftçi 4 312
Qriqorçuk “Neftçi”dən gedərsə, yeni baş məşqçi də əcnəbi olacaq, yoxsa yerli?

Son günlərin ən çox danışılan klubu «Neftçi»dir.

Premyer Liqanın geridə qalan 6 həftəsində qələbə qazana bilməyən və cəmi 4 xal toplayan «ağ-qaralar» növbəti islahat partiyasına start verib.

Artıq dünən Yens Andersson idman direktoru ilə işbirliyi yekunlaşıb. 2023-cü ilin sentyabrında 2 illik müqaviləyə qol çəkərək Azərbaycanda çalışmağa başlayan isveçli funksioner öz istəyi ilə postundan gedib.

İndi isə sırada Roman Qriqorçukun olmasına dair xəbərlər dolaşır.

Həftəsonu Premyer Liqada 7-ci turun oyunları keçiriləcək. Hesabat həftəsi Azərbaycan derbisinə səhnə olacaq.

«Qarabağ»la «Neftçi» sentyabrın 20-də Suraxanıda üz-üzə gələcək. Bu qarşılaşmanın Roman Qriqorçuk üçün sonuncu olma ehtimalı böyükdür.

Redaksiyamsıza bununla bağlı son dəqiqə məlumatı daxil olub.

Əldə etdiyimiz informasiyaya görə, «ağ-qaralar» bu dəfə də məğlubiyyətlə üzləşərsə, baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilməsi gözlənilir.

Öyrəndiyimizə görə, yönətim mövsümün başlanğıcından kəskin narazıdır və mövcud vəziyyətlə bağlı ukraynalı mütəxəssisə xəbərdarlıq edib.

Bildirilib ki, komandanın oyunu və nəticələri olduqca bərbaddır, irəliləyiş yönündə heç bir addım nəzərə çarpmır.

Yayın əvvəlində 2 illik müqaviləyə imza atmış Qriqorçukun özü də artıq ayrılığın planlarını cızır.

O, «Zirə» ilə keçirilən matçdan (0:2) sonra bu barədə bəzi klub funksionerləri ilə söhbət edib.

Növbəti məğlubiyyətin şokundan sarsılan sabiq «Qəbələ»li Müşahidə Şurası istəyərsə, günü bu gün istefa verə biləcəyini söyləyib.

Qriqorçuk müqaviləsinə xitam verilərsə, qarşılığında 1 dollar da kompensasiya istəməyəcəyini deyib.

Bəs yeni baş məşqçi kim olacaq? Səlahiyyətli şəxslər yenəmi ölkə xaricinə üz tutacaq?

Əldə etdiyimiz son məlumata görə, hazırda onların belə bir fikri yoxdur. Qərar verən şəxslər bu vəzifəni indi yerli mütəxəssislərdən birinə tapşırmaq variantını nəzərdən keçirir.

Belə deyək, hansısa əcnəbi çalışdırıcının görəvə gətirilmə ehtimalı hazırda 10 faizdən də azdır.

«Neftçi» çempionatın ilk 6 turunda 4 xal toplayıb. Passivində 4 heç-heçə və 2 məğlubiyyət olan «ağ-qaralar» cəmi 2 qol vurub, turnir cədvəlinin 9-cu pilləsində yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti