Azərbaycan yığmasına görə İtaliya klublarına "yox" dedi

5 Mart 2020 16:00 Milli komanda 1 098
Azərbaycan yığmasına görə İtaliya klublarına "yox" dedi

Albaniya millisinin sabiq baş məşqçisi Canni De Byazi müxtəlif klublardan təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 63 yaşlı italiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində deyib.

C.De Byazi bildirib ki, A Seriyası təmsilçiləri ilə yanaşı, ölkə xaricindən də onun xidmətində maraqlı olan komandalar var: "İran variantı çoxdan olmuşdu.

Həmin vaxt xeyli problem çıxdı, ona görə də müqavilə imzalanmadı. A Seriyasından bəzi klublarla danışıq oldu, amma hamısına "yox" dedim.

Hazırda bir yığmadan cavab gözləyirəm. Avropa ölkəsidir. Ümid edirəm ki, bir neçə günə məsələ həllini tapacaq".

Azərbaycan millisinin sükanı arxasına keçməyə əsas namizədlərdən olan Canni De Byazinin sonuncu iş yeri İspaniya "Alaves"i olub.

O, 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq edib. De Byazinin rəhbərliyi altında bu komanda tarixində ilk dəfə 2016-cı il Avropa çempionatına vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"