Balayev Qazaxıstanda medalsız qaldı, Sxadadze "bürünc" qazandı

10 Noyabr 2019 15:13 Milli komanda 606
Balayev Qazaxıstanda medalsız qaldı, Sxadadze "bürünc" qazandı

Qazaxıstan Premyer Liqasında mövsümə yekun vurulub. Sportinfo.az xəbər verir ki, son turun bütün oyunları qaydaya uyğun eyni gündə, eyni saatda keçirilib.

Milli komandamızınq qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" çempionatı qələbə ilə başa vurub. Kostanay təmsilçisi evdə "Aktobe"ni 2:1 hesabı ilə məğlub etsə də, avrokuboklara vəsiqə qazana bilməyib. Buna bir vaxtlar ölkəmizdə də işləmiş Kaxaber Sxadadzenin çalışdırdığı "Ordabaşı"nın doğma meydanda "Taraz"a 3 cavabsız qolla qalib gəlməsi səbəb olub. Bu qələbədən sonra xallarını 65-ə çatdıran komanda 3-cü pillədəki yerini qoruyub və Avroliqada oynamaq hüququ qazanıb. 2 xal az toplayan "Tobol" isə mövsümü 4-cü sırada başa vurub.

Qeyd edək ki, Premyer Liqanın qalibi çempionluğunu ötən tur rəsmiləşdirən "Astana"a olub. Paytaxt klubundan cəmi 1 xal az yığan (68 xal) "Kayrat" isə gümüş medallara yiyələnib. "Aktobe" və "Atırau" elita ilə vidalaşıb. "Taraz" isə Premyer Liqada qalmaq üçün pley-off oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!