Adnan Azərbaycan yığmasında - Onlarla birlikdə

6 Oktyabr 2025 03:00 Milli komanda 645
Adnan Azərbaycan yığmasında - Onlarla birlikdə

17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının yekun heyəti müəyyənləşib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-17-nin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa, İsrail və Rumıniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.

9-cu qrupda yer alan komandamız oktyabrın 8-də Fransa, 11-də İsrail, 14-də isə Rumıniya seçməsi ilə qarşılaşacaq. Qrupun bütün oyunları Fransada keçiriləcək.
Qapıçılar: Rauf Əyyubov ("Sabah"), Nurəziz Əzizov ("Neftçi")

Müdafiəçilər: Kəmaləddin Cəfərli ("Qarabağ"), Uğur Qurbanlı ("Qarabağ"), Toğrul Mehdizadə ("Sabah"), Əli Bəşirov ("Qarabağ"), Onur Əliyev ("Qarabağ")

Yarımmüdafiəçilər: Kamil Həsənov ("Marcet (İspaniya)"), Səttar Tahirzadə ("Marcet (İspaniya)"), Əli Kiçibəyov ("Marcet (İspaniya)"), Amin Rzayev ("Qarabağ"), Rəşad Gülüşov ("Sabah"), Nihad Hüseynzadə ("Sabah"), Nihad Cəfərzadə ("Sabah"), Abbas Zeynalov ("Marcet (İspaniya)"), Adnan Bunyatov ("Marcet (İspaniya)"), Nicat Kərimov ("Sabah")

Hücumçular: İsmayıl Rzayev ("Şəfa"), Samir Şərifov ("Sabah"), Pünhan Kərimov ("Marcet (İspaniya)")

8 oktyabr
Fransa (U-17) - Azərbaycan (U-17)
“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya)
Dördüncü hakim: Mateo Erceq (Xorvatiya)

11 oktyabr

İsrail (U-17) - Azərbaycan (U-17)
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)

14 oktyabr

Azərbaycan (U-17) – Rumıniya (U-17)
“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Mateo Erceq (Xorvatiya)
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var