Azərbaycan yığmasının oyunçuları 5000 manatı “itirdi”

5 Oktyabr 2025 12:20 Milli komanda 1 980
Azərbaycan yığmasının oyunçuları 5000 manatı “itirdi”

Azərbaycanın U-16 millisi III MDB Oyunlarında gümüş medalla kifayətlənib.

Aqil Nəbiyevin rəhbərlik etdiyi komanda Qəbələ şəhər stadionunda keçirilən finalda Rusiya yığması ilə üz-üzə gəlib.

Matçın əvvəlində üstün oyun nümayiş etdirən kollektivimiz 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib.

İkinci hissədə ardıcıl 3 qol buraxan U-16 komandamız görüşdən məğlub ayrılıb. Azərbaycan millisinin heyətində Əli Bəşirov hər iki qola imza ataraq dubl edib.

Yığmamız qrup mərhələsində Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub etmişdi. U-16 həlledici görüşdə də uğur qazansaydı, AFFA onlara böyük məbləğdə mükafat ödəyəcəkdi.

Federasiyanın hər futbolçuya 5000 manat vəd etməsini xəbər verək. Bu da əldən çıxdı. Düzdür, qurum finalı görən kollektivə pul ayıracaq, amma daha o qədər yox...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var