Premyer Liqa komanda AFFA-nın xərcini çəkdiyi gəncə nə vaxt qovuşacaq?

5 Oktyabr 2025 11:55 Milli komanda 822
Premyer Liqa komanda AFFA-nın xərcini çəkdiyi gəncə nə vaxt qovuşacaq?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Edqar Adilxanovin son durumu müəyyənləşib.

Yaxınlarda Almaniyanın Münhen şəhərində əməliyyat olunan gənc yalnız noyabrda yaşıl sahələrə dönə biləcək.

“Viszera Munich” klinikasında professor, doktor Riçard Merkle tərəfindən ikitərəfli qasıq yırtığı səbəbindən uğurlu əməliyyat keçirən 20 yaşlı orta sahə oyunçusunun bütün müalicə xərclərini AFFA qarşılayıb.

"Şamaxı"nın heyətində çıxış edən Adilxanov iki həftə sonra yataq rejimi ilə vidalaşacaq. U-21-in Portuqaliya səfərində zədə almış qusarlı futbolçu daha sonra bərpa prosesi keçəcək.

Bu üzdən yığmanın AVRO-2027-nin seçmə mərhələsinin Çexiya (10 oktyabr) və Şotlandiya (14 oktyabr) yığmalarına qarşı meydana çıxmayacağı dəqiqdir.

SPORTİNFO.AZ

Millimizin və "Şamaxı"nın futbolçusu əməliyyat olundu

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var