"Bu komanda ilə gələcəkdə daha böyük işlər görəcəyimizə inanıram"

5 Oktyabr 2025 03:20 Milli komanda 653
"Bu komanda ilə gələcəkdə daha böyük işlər görəcəyimizə inanıram"

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Qəbələdə təşkil olunan 3-cü MDB Oyunlarında Rusiya yığmasına qarşı keçirilən final görüşündən (2:3) sonra fikirlərini bildiriblər.

Sportinfo.az xəbər verir ki, Nəbiyev komandanın güclü rəqibə qarşı layiqli mübarizə apardığını söyləyib:

“Rəqibin bu turnirdəki ilk iki oyununu təhlil etmişdik. Taktiki cəhətdən istədiyimiz hər şey birinci hissədə uğurlu alındı.

Fasilədən sonra da ardıcıl iki qol vurduq. Ancaq futbolçularımızın fiziki durumla bağlı problemi matçın sonlarında öz təsirini göstərdi.

Millidə onlara fiziki yükləmə verə bilmirik. Çünki buna vaxtımız olmur. Bu gün də ikinci hissənin ortalarından etibarən komandada eniş yaşandı.

Rusiya yığması keyfiyyətli futbolçulardan formalaşan kollektivdir. Təbii ki, 2:0 hesabı ilə önə keçdikdən sonra məğlub olmaq üzücüdür.

Buna baxmayaraq, komandamla qürur duyuram. Matçın böyük hissəsində daha aqressiv, istəkli olan tərəf biz idik.

Bu komanda ilə gələcəkdə daha böyük işlər görəcəyimizə inanıram”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var