“Kristal Pelas”ın hücumçusu yığmamızla oyunu o qədər intizarla gözləyir ki...

02:10 Milli komanda 84
“Kristal Pelas”ın hücumçusu yığmamızla oyunu o qədər intizarla gözləyir ki...

“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan ilə oyunda Fransa yığmasının heyətində debüt edə bilər.

Sportinfo.az xəbər verir ki, hücumçu 28 yaşı olmasına baxmayaraq, ilk dəfə əsas milliyə çağırılıb.

O, baş məşqçi Didye Deşamdan aldığı dəvətə görə olduqca sevincli olduğunu açıqlayıb

: “Fransanın aşağı yaş qrupu üzrə yığmalarında oynamışam, ötən il isə olmpiya komandasında çıxış etmişəm.

Düzdür, gənc deyiləm, amma bu dəvətdən sonra özümü futbola yeni başlamış oyunçu kimi hiss edirəm.

Ümid edirəm ki, Azərbaycan və İslandiya ilə matçlarda millinin formasını geyinər və qələbələrinə töhfə verərərəm. Klubumdakı uğurlu çıxışı yığmada da davam etdirməyə çalışacağam”.

Deşam isə qərarını belə əsaslandırıb: “Mateta uzun müddətdir təxminən 50 futbolçudan ibarət ilkin siyahının bir hissəsidir.

Onun maraqlı oyun profili var. Elə də gənc deyil, lakin gənclər səviyyəsində bütün millilərdə oynayıb. Matetanın qol vurmaq qabiliyyəti yüksəkdir”.

Mateta bu mövsüm “Kristal Pelas”ın heyətində 10 oyunda 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 17:50 Çək və bizə göndər!