U-21 kimə tapşırılacaq?

3 Oktyabr 2025 23:00 Milli komanda 446
U-21 kimə tapşırılacaq?

Bundan sonra Azərbaycan milli komandasının nəticələrinə Ayxan Abbasov cavabdehlik daşıyacaq.

Fernandu Santuşun istefasından sonra müvəqqəti olaraq vəzifəni icra edən 44 yaşlı çalışdırıcı azı cari seçmə mərhələnin sonuna qədər yığmanın sükanı arxasında dayanacaq.

Bəs, U-21-in aqibəti necə olacaq? Abbasovun gedişindən sonra məlum post kimə tapşırılacaq? Ayxan bəy AFFA rəhbərliyi ilə görüşdə bu mövzuda söhbət edibmi?

Səbəbkar Sportinfo.az-ın suallarını cavablandırıb:

“U-21-də görülən işlər yaxşılığa doğru gedir. AFFA prezidenti Rövşən Nəcəf söhbətimiz zamanı bu məqamı qeyd etdi.

Müəyyən planlarımızı həyata keçirmək üçün vaxta ehtiyacımız var. İstənilən halda gənclər millisinə köməyimiz dəyəcək. Biz tərəfdən nə lazım olsa, canla-başla yerinə yetirəcəyik.

Baş məşqçi məsələsinə yaxın günlərdə aydınlıq gələcək və ictimaiyyətə bu barədə məlumat veriləcək”.

Ayxan Abbasovun əsas milliyə gedişindən sonra U-21-in Fernandu Santuşun köməkçilərindən olmuş Rəşad Eyyubova tapşırılacağı gözlənilir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var