"Bunun üçün daha aqressiv, istəkli olmaq lazımdır" - VİDEO

4 Oktyabr 2025 09:20 Milli komanda 544
"Bunun üçün daha aqressiv, istəkli olmaq lazımdır" - VİDEO

16 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunları çərçivəsində Rusiya yığmasına qarşı keçiriləcək final oyunu öncəsi AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi komandanın həlledici görüşə hazır olduğunu deyib:

“Turnirə gələrkən məqsədimiz əvvəlcə finala yüksəlmək, ardından çempion olmaq idi. Finala vəsiqə qazanmaqla minimum hədəfə çatmışıq.

Bu oyun bizim üçün çox önəmlidir. Komandamız final matçına hazırdır.

Rusiya yığmasının qrupda keçirdiyi hər iki oyunu təhlil etmişik, güclü və zəif cəhətlərini bilirik. Nə qədər çətin olsa da, finalda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Bunun üçün daha aqressiv, istəkli olmaq lazımdır. Finalda favorit olmur, komandaların şansları yarı-yarıyadır”.

Aqil Nəbiyev azarkeş dəstəyinin finalda həlledici ola biləcəyini vurğulayıb:

“Komandamızı qələbəyə səsləyəcək azarkeş dəstəyinə ehtiyacımız var. İnanıram ki, azarkeşlərimiz bizim yanımızda olacaqlar.

Gənc komandayıq, futbolçulara dəstək, motivasiya lazımdır. Ümid edirəm ki, final görüşünü dolu tribunalar önündə keçirəcəyik”.

Oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan (U-16) – Rusiya (U-16) matçı saat 14:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var