"Artıq komanda kimi formalaşmışıq" - Millinin baş məşqçisi

3 Oktyabr 2025 03:40 Milli komanda 584
"Artıq komanda kimi formalaşmışıq" - Millinin baş məşqçisi

Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi III MDB Oyunlarında Qırğısıtanla keçirdiyi matçda fürsətlərdən istifadə etsəydi, hesab daha böyük ola bilərdi.

Sportinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Aqil Nəbiyev deyib.

O, matçın çətin keçdiyini söyləyib:

"Oyunun çətin, rəqibin aqressiv olacağını bilirdik. İki fərqli hissə izlədik. İkinci hissədə daha çox top saxladıq. Finala vəsiqə qazandıq. Rusiya və Belarus komandalarından birini gözləyirik. Fürsətlərdən istifadə etsəydik, hesab daha böyük ola bilərdi".

A.Nəbiyev çempion olacaqlarına inanır:

"AFFA rəhbərliyi yanımızdadı. İnanıram ki, finalda da yanımızda olacaqlar. Həmçinin azarkeşlərlə bağlı da eyni sözləri deyərdim. Artıq komanda kimi formalaşmışıq. Aramızda koordinasiya var. Son oyunlarda qələbələr ard-arda gəlir. İnanıram ki, kuboku birlikdə götürəcəyik".

Azərbaycanın U-16 millisi Qırğızıstanı 4:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var