Azərbaycan yığmasının baş məşqçisi inanır: “Kuboku qazanacağıq”

2 Oktyabr 2025 01:10 Milli komanda 524
Azərbaycan yığmasının baş məşqçisi inanır: “Kuboku qazanacağıq”

16 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunları çərçivəsində Qırğızıstan yığmasına qarşı keçirilən oyunla (4:0) bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi AFFA-nın mətbuat xidmətinə açıqlamasında komandanın ikinci hissədə daha yaxşı çıxış etdiyini deyib:

“Bu, turnirdə ikinci matçımız idi. Rəqibin Tacikistan yığması ilə keçirdiyi ilk görüşü izləmiş və təhlil etmişdik.

Futbolçularıma demişdim ki, bu oyun bizim üçün daha çətin olacaq. Çünki Qırğızıstan yığmasının itirəcəyi bir şey qalmamışdı və onların aqressiv olacaqlarını bilirdik.

İki fərqli hissə izlədik. Birinci hissədə orta sahədə rəqibə boşluqlar verdik. Fasilədən sonra iki əvəzetməyə əl atdıq.

İkinci hissədə topa daha çox nəzarət etdik, dominant oyun sərgilədik. 4 qol vurmağımıza baxmayaraq, qaçırdığımız epizodlar da oldu. Vacib qələbə qazanaraq, finala yüksəldik”.

Aqil Nəbiyev finaldakı rəqibləri Rusiya yığmasını təhlil etdiklərini söyləyib:

“Finaldakı rəqibimiz Rusiya yığması güclü komandadır. Rəqibin turnirdəki ilk oyununu təhlil etmişik.

Hələ turnir başlamazdan əvvəl qarşımıza finala yüksəlmək və çempion olmaq hədəfi qoymuşduq.

İlk məqsədimizə nail olmuşuq. İnanıram ki, finalda da düzgün oyun göstərərək, kuboku qazanacağıq”.

Oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Rusiya oyunu saat 14:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var