Millimiz 4:0-la MDB Oyunlarının finalında!

1 Oktyabr 2025 23:20 Milli komanda 774
Millimiz 4:0-la MDB Oyunlarının finalında!

16 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası III MDB Oyunlarında ikinci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən görüş Aqil Nəbiyevin komandasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 53-cü dəqiqədə Tunar Bayramov açıb. 70 və 75-ci dəqiqələrdə Əli Bəşirov dubla imza atıb.

Son nöqtəni isə 78-ci dəqiqədə Roman Fərzəli qoyub. Matçın 59-cu dəqiqəsində kapitan Uğur Qurbanlının penalti zərbəsini rəqibin qapıçısı dəf edib.

Keçirdiyi ilk oyunda Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edən U-16 millimiz 6 xalla qrup birincisi kimi turnirin finalına vəsiqə qazanıb.

U-16 finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq.Həlledici görüş oktyabrın 4-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var