Azərbaycanla matç üçün 6 ildən sonra milliyə qaytarılır?

1 Oktyabr 2025 13:20 Milli komanda 894
Azərbaycanla matç üçün 6 ildən sonra milliyə qaytarılır?

"Lans"ın futbolçusu Floryan Tovenin Fransa millisinə dəvət ediləcəyi gözlənilir.

Sportinfo.az "Footmercato"ya istinadən xəbər verir ki, fransızların baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiyaya qarşı keçiriləcək matçlar üçün Tovenə dəvət göndərəcək.

Fransa klubunun hücumçusu bu mövsüm 6 oyunda 2 qol vurmağı bacarıb.

Fransa millisi oktyabrın 10-da Parisdə Azərbaycanı qəbul edəcək.

Toven 2017-2019-cu illərdə Fransa millisində oynamışdı. O, yığma karyerasında 10 matçda 1 qol vurmağı bacarmışdı.

32 yaşlı vinger “Qrenbol”, “Bastia”, “Lill”, “Marsel”, “Nyukasl”, “Tiqres”, “Udineze” klublarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var