Yeni baş məşqçi iki nəfəri millidə görmək istəmədi, ayrılmalı oldular - SON DƏQİQƏ

1 Oktyabr 2025 09:20 Milli komanda 7 007
Yeni baş məşqçi iki nəfəri millidə görmək istəmədi, ayrılmalı oldular - SON DƏQİQƏ

Dünən millinin baş məşqçi postuna təyinat alan Ayxan Abbasov artıq islahatlara start verib.

44 yaşlı çalışdırıcının gördüyü ilk iş iki nəfərlə vidalaşmaq olub.

Belə ki, çalışdırıcı Fernandu Santuşun korpusunda yer almış Rəşad Eyyubov və Kamran Ağayevlə yolları ayırıb.

AFFA rəhbərliyi komanda ilə bağlı bütün məsələlərdə ona geniş səlahiyyətlər tanıyıb. Tam sərbəst olaraq çalışmaq imkanı əldə edib.

Burada işlədiyi müddətdə əlinin üstündə əl olmayacaq. Məsuliyyəti öz üzərinə götürdüyündən, istədiyi qərarı verməkdə azaddır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var