“Azərbaycan millisindən dəvət gəlsə? Heç vaxt düşünməmişəm”

30 Sentyabr 2025 19:40 Milli komanda 2 605
“Azərbaycan millisindən dəvət gəlsə? Heç vaxt düşünməmişəm”

“Belarusun aşağı yaş qruplarından ibarət millilərində oynamışam.

Təəssüf ki, əsas millinin formasını geyinmək qismət olmayıb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “İmişli”nin "1 nömrə"si Andrey Sinenka deyib.

28 yaşlı belaruslu hazırda Premyer Liqada adından söz etdirən qapıçılardandır.

Bölgə təmsilçisinin “çərçivə” qoruyucusu 5 oyun qapısının toxunulmazlığını qorumağı bacarsa da (ilk turda 90+6-cı dəqiqədə əvəzləndiyindən, “Turan Tovuz”lu Roberto Olabe Andreyi yox, Hüseynəli Quliyevi məyus etmişdi – H.), 6-cı turda “Zirə”ylə qarşılaşmanın 80-ci dəqiqəsində Davit Volkovun vurduğu qola üzüldü.

530 dəqiqəlik quru seriya yaxalayan Sinenka Belarus millisindən təklif gözləyir. Azərbaycan yığmasından dəvət gələcəyi halda isə hansı qərar verəcəyini bilmir:

“Əsas millidə oynamaq hər bir futbolçunun arzusudur, o cümlədən mənim. Fikrimcə, öz oyunumla bunu haqq edirəm.

Ümid edirəm ki, yığmanın məşqçilər heyəti Azərbaycan Premyer Liqasını izləyir. Bu, mənim ən böyük arzumdur.

Azərbaycan seçməsindən dəvət gəlsə? Hələ ki, belə bir söhbət olmayıb. Təklif gəlmədiyindən, bu mövzu barədə dəqiq fikir bildirmək çətindir.

Konkret nəsə olandan sonra bu barədə düşünüb, danışıb, qərar vermək olar. Açığı, heç vaxt düşünməmişəm. Ona görə də dəqiq cavab vermək çətindir”.

Andrey Sinenka Azərbaycanda “İmişli”dən əvvəl “İrəvan”ın formasını geyinib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var