Millinin yeni baş məşqçisi istəyir ki: "Bir yumruq kimi birləşib..."

30 Sentyabr 2025 16:20 Milli komanda 858
Millinin yeni baş məşqçisi istəyir ki: "Bir yumruq kimi birləşib..."

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov yığmaya təyinatı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında üzərində böyük məsuliyyətin olduğunu deyib:

“Azərbaycan milli komandasında işləmək hər bir məşqçi üçün böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən etimada görə AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm.

Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Milli komanda hər birimizin qürurudur. İstər bizim, istərsə də futbolçularımızın üzərində böyük məsuliyyət var.

Bir komanda kimi həm meydanda, həm də ondan kənarda ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Bir yumruq kimi birləşərək, düzgün yanaşma və komanda ruhu ilə yaxşı nəticələr qazanmaq istəyirik.

Azərbaycan azarkeşləri daim millinin yanında olublar. Onların dəstəyi bizim üçün böyük motivasiya mənbəyidir. Qarşıdakı matçlarda layiqli oyun göstərərək, gələcək üçün ümid verməyə çalışacağıq”.

Fernandu Santuş istefaya gpndərildikdən sonra A millimizi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə son görüşə də Ayxan Abbasov çıxarıb. Bu gün isə AFFA prezidenti Rövşən Nəcəf mütəxəssislə görüşüb.

Yığmamız oktyabrın 10-da Fransa ilə, 13-də isə Ukrayna yığması ilə səfərdə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var