Azərbaycanla oyundan sonra onunla vidalaşacaqlar? - Təklifi var

29 Sentyabr 2025 17:20 Milli komanda 896
Azərbaycanla oyundan sonra onunla vidalaşacaqlar? - Təklifi var

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov karyerasını Yunanıstanda davam etdirə bilər.

Sportinfo.az “Outsiders” nəşrinə istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis “Panatinaikos” klubunun əsas namizədlər siyahısında birinci yerdədir.

Afinalılar Rebrovla artıq üç dəfə əlaqə saxlayıb və tərəflər maliyyə məsələsində razılığa gəliblər.

Rebrovun Ukrayna millisindən ayrılması həllini tapsa, böyük ehtimalla o, növbəti oyunlardan sonra “Panatinaikos”un baş məşqçisi olacaq.

Rebrov 2023-cü ildən Ukrayna yığmasına rəhbərlik edir. Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsində oktyabrın 13-də Azərbaycanı qəbul edəcək.

Komandalar arasında sentyabrın 9-da Bakıda keçirilən ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var