“Bir şeyi bilirəm ki, Azərbaycan millisinə dəvət ediləcək məşqçi...”

29 Sentyabr 2025 01:50 Milli komanda 1 183
“Bir şeyi bilirəm ki, Azərbaycan millisinə dəvət ediləcək məşqçi...”

"Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi Ukraynaya qarşı yaxşı futbol oynadı.

İndi isə Fransaya qarşı görüşü gözləmək lazımdır.

Bilirəm ki, çətin olacaq. Fransa millisi hər zaman yüksək səviyyədə olan komandadır.,ancaq futboçuları və baş məşqçini dəstəkləmək lazımdır".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qyoko Haciyevski deyib.

Yığma komandamız DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turu çərçivəsində oktyabrın 10-da Fransa millisinin qonağı olacaq. Haciyevski 1995-ci ildə "Oser faciəsi"nin təkrarlanmayacağına inandığını bildirib: "Yox, mən 30 il əvvəl Oserdəki hesabın təkrarlanacağına inanmıram. Son vaxtlarda Farer adaları, Cəbəllütariq kimi yığmalarda yüksəliş görünür. Nəyə görə "Qarabağ" kimi Çempionlar Liqasında komandası olan Azərbaycan millisindən uğurlu nəticə gözləməyək? Sadəcə futbolçuları Fransa ilə oyuna psixoloji cəhətdən yaxşı hazırlaşdırmaq lazımdır. Hər halda, komandalar meydana 11 nəfərlə çıxır. İntizamlı, özgüvənli oynamaq mütləqdir".

Hazırda Bolqarıstan yüksək liqasında yarışan "Spartak"(Varna) klubuna rəhbərlik edən şimali makedoniyalı mütəxəssis yığma komandamızdakı problemdən və qarşıdakı perspektivdən söhbət açıb: "Bu tsikl başa çatdıqdan sonra baş məşqçisi məsələsi ilə əlaqədar olaraq, gələcək haqda düşünmək olar. Ancaq bir şeyi bilirəm ki, Azərbaycan millisinə dəvət ediləcək mütəxəssis xalqın mentalitetinə bələd olmalıdır, öz ölkələrində işləyirləmiş kimi işləməlidirlər. Azərbaycanlı futbolçular da Portuqaliya, İtaliya, Xorvatiya səviyyəsində oynamalıdır. Azərbaycan futbolunda yaxşı layihələri reallaşdırmaq lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var