“Həmin vaxt hiss olunurdu ki, komanda yoldaşlarım artıq məğlubiyyəti unudublar”

28 Sentyabr 2025 02:30 Milli komanda 632
“Həmin vaxt hiss olunurdu ki, komanda yoldaşlarım artıq məğlubiyyəti unudublar”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Bolqarıstanla oyunda məqsədi qalib gəlmək olub.

Sportinfo.az xəbər verir ki, bu barədə U-21-in üzvü Şahin Şahniyarov açıqlama verib.

20 yaşlı yarımmüdafiəçi heç-heçə (1:1) etdikləri matçla bağlı fikirlərini bölüşüb:

"Maraqlı oyun alındı. Rəqibi əvvəldən təhlil etmişdik. Güclü və zəif tərəflərini bilirdik. Həm də yaxşı hazırlaşmışdıq.

Bu matçda məqsədimiz qalib gəlmək idi. Amma təəssüf ki, alınmadı. Qarşıdakı matçlara köklənəcəyik".

Əsas millidən U-21-in düşərgəsinə qoşulan oyunçu komanda yoldaşlarının ilk matçdakı məğlubiyyəti unutduqlarını söyləyib:

"Portuqaliya ilə matçda (0:5) mən yox idim. Bolqarıstanla görüşdən bir gün əvvəl kollektivə qoşuldum.

Cəmi bir məşq etmişdim. Həmin vaxt artıq hiss olunurdu ki, komanda yoldaşlarım məğlubiyyəti unudublar və bu qarşılaşmaya yaxşı kökləniblər".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var