"Əgər istək, xarakter varsa, vuruşacaqsan - Bir xal bizə kifayət deyil"

27 Sentyabr 2025 02:40 Milli komanda 634
"Əgər istək, xarakter varsa, vuruşacaqsan - Bir xal bizə kifayət deyil"

“Bilirsiniz ki, uduzmayan rəqib yoxdur. Sadəcə, istək lazımdır.

Əgər istək, xarakter varsa, vuruşacaqsan. Vuruşdunsa, Allah tərəfindən mükafatlandırılacaqsan. O

na görə də hər oyuna çıxıb vuruşmaq lazımdır. Bunu etsən, öz üzərində işləsən, Allah da sənin mükafatını verəcək.

Biz Ukraynaya qarşı meydanda döyüşdük. Düzdür, qələbə qazanmasaq da, bir xal əldə etdik”.

İSportinfo.az xəbər verir ki, bunu futbolinfo.az saytına açıqlamasında milli komandanın futbolçusu Abbas Hüseynov deyib.

Müdafiəçi Ukrayna ilə oyunda qazanılan bir xalın gələcək oyunlar üçün yüksək motivasiya yaradacağını qeyd edib:

“Ağır oyun keçdi. Bir xal qazandıq. Bundan da yaxşı nəticə ola bilərdi. Sadəcə özümüzə güvəni artırmaq lazımdır. İnanıram ki, gələcək oyunlarda daha yaxşısını edərək yüksək nəticələr qazanacağıq. Bir xal bizə kifayət deyil. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı oyunlarımızı keçirərək qələbələr qazanacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var