İki dünya ulduzu millimizə qarşı meydana çıxmayacaq

27 Sentyabr 2025 01:10 Milli komanda 1 149
İki dünya ulduzu millimizə qarşı meydana çıxmayacaq

Fransa millisinin yarımmüdafiəçisi Orelyen Çuameni DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiya ilə qarşıdakı oyunları buraxacaq.

Sportinfo.az xəbər verir ki, buna səbəb İspaniyanın “Real” klubunun futbolçusunun cəzasıdır.

İslandiya ilə keçirilən son qarşılaşmada qırmızı vərəqə alan 25 yaşlı oyunçu buna görə 2 matçlıq diskvalifikasiya edilib. Bu da o deməkdir ki, Çuameni oktyabrdakı matçlara çağırılmayacaq.

Yarımmüdafiəçi Rayan Şerki və hücumçu Usman Dembele isə zədə səbəbindən qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəklər. Digər ön xətt oyunçusu Desire Duenin durumu isə qeyri-müəyyəndir.

Oktyabrın 10-da Parisdə millimizi qəbul edəcək Fransa yığması üç gün sonra Reykyavikdə İslandiyanın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var