“Fransa və Azərbaycanla oyunlarda komanda çox çalışsa da, nəsə alınmadı”

26 Sentyabr 2025 01:00 Milli komanda 573
“Fransa və Azərbaycanla oyunlarda komanda çox çalışsa da, nəsə alınmadı”

“Polesye”nin qapıçısı Georgi Buşan Ukrayna millisinə dönüşünü dəyərləndirib.

31 yaşlı qolkiper 2025-ci ildə ilk dəfə buaykı toplanışa çağırılıb, lakin Fransa və Azərbaycanla oyunlarda ehtiyatda qalıb.

Sportinfo.az xəbər verir ki, Buşan yerli mətbuata açıqlamasında milliyə qayıtmağın qürurunu yaşadığını deyib.

O, oktyabrda keçiriləcək DÇ-2026-nın seçmə mərhələ oyunlarına da toxunub:

“Milliyə qayıdış vaxtında oldu. Çünki həmin gün yeni klub axtara biləcəyimi söylədilər.

Psixoloji cəhətdən çətin anlar yaşayırdım. Millinin toplanışına isə böyük istəklə yollandım.

Sanki təmiz nəfəs aldım. Fransa və Azərbaycanla oyunlarda komanda çox çalışsa da, nəsə alınmadı.

Fikrimcə, İslandiya və Azərbaycanla keçiriləcək qarşıdakı matçlar həlledici olacaq. Həmin görüşlərdə 6 xal toplamalıyıq”.

Ukrayna yığması oktyabrın 10-da İslandiya, 13-də isə Azərbaycan millisi ilə qarşılaşacaq. Ukraynalılar seçmə mərhələnin ilk iki turunda Fransaya (0:2) məğlub olub, Azərbaycan millisi ilə (1:1) heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var