Millini Azərbaycan önünə o çıxaracaq - Məşhur şəxs belə istədi

26 Sentyabr 2025 00:40 Milli komanda 889
Millini Azərbaycan önünə o çıxaracaq - Məşhur şəxs belə istədi

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovla bağlı qərar verilib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis ən azı DÇ-2026-nın seçmə mərhələsinin sonuna qədər postunda qalacaq.

İlk iki turda Fransaya məğlubiyyət (0:2) və Azərbaycanla heç-heçədən (1:1) sonra Ukrayna futbol ictimaiyyəti Rebrovun istefasını tələb edib.

Üstəlik, Yunanıstanın “Panatinaikos” klubundan gələn təklif ayrılığın baş tutma ehtimalını daha da artırıb. Lakin Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko fərqli fikirdədir.

Şevçenko vaxtilə birgə çıxış etdiyi Rebrova hələ də güvənir.

Qurum rəhbəri ən azı seçmə mərhələnin sonuna qədər baş məşqçi dəyişikliyinə getməməyi qərara alıb. Bu isə o deməkdir ki, Ukrayna millisini oktyabrda da Azərbaycan önünə Rebrov çıxaracaq.

Ukrayna yığması oktyabrın 10-da İslandiya, 13-də isə Azərbaycan millisi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var