Onlar da Azərbaycan millisini çalışdırmaqdan imtina etdi!

24 Sentyabr 2025 20:00 Milli komanda 5 795
Onlar da Azərbaycan millisini çalışdırmaqdan imtina etdi!

AFFA milliyə yeni baş məşqçi tapmaqda probemlə üzləşib.

Saytımız bu yöndə yeni məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, federasiyanın nümayəndələri bir neçə əcnəbi mütəxəssislə əlaqə saxlayıb.

Onlara dünya çempionatının qarşıdakı 4 oyununda komandamıza başçılıq etmələri təklif olunub.

Fəqət, danışıqlar aparılan xaricilərin heç biri qısamüddətli çağırışa müsbət yanaşmayıb. Ən azı, 2 illik müqavilə istəyiblər.

Bu arada U-21-in və «Şamaxı»nın baş məşqçisi Ayxan Abbasovun qarşıdakı 4 oyunda millini çalışdırması üçün şərti məlum olub.

Bilindiyi kimi, yığmamız oktyabrda dünya çempionatının seçmə mərhələsi çərçivəsində iki oyuna çıxacaq.

Komandamız Fransa və Ukrayna ilə səfərdə üz-üzə gələcək. Noyabrda isə Fransa və İslandiya ilə Bakıda qarşılaşacağıq.

Futbolçuları bu matçlara kimin çıxaracağı hələ bəlli deyil.

AFFA İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərdiyi Fernandu Santuşu əvəzləməyə məşqçi tapmaqda çətinlik çəkir.

Əslində, namizəd var, lakin onunla hələ razılıq əldə olunmayıb.

Söhbət Ayxan Abbasovdan gedir. Yığmanı Ukrayna ilə Bakıda matça (1:1) çıxarmış mütəxəssisə ilin sonunadək burada işləmək təklif edilib.
Qurumun rəhbərliyi ondan millini qarşıdakı 4 oyuna çıxarmasını istəyib.

Abbasov isə bir şərtlə bu məsuliyyəti öz üzərinə götürməyə razıdır - əgər AFFA qarşıdakı Millətlər Liqasında da ona güvənərsə.
Başqa sözlə, 2026-cı ilin sonunadək müqavilə imzalanmasını istəyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti