Bakıdan deyinə-deyinə qayıtdı: “Artıq bu barədə danışmağın mənası yoxdur”

22 Sentyabr 2025 22:40 Milli komanda 2 672
Bakıdan deyinə-deyinə qayıtdı: “Artıq bu barədə danışmağın mənası yoxdur”

Ukrayna millisinin yarımmüdafiəçisi Georgi Sudakov Azərbaycanla matçın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun meydançasından narazlıq edib.

Sportinfo.az xəbər verir ki, o, söyləyib:

"Qazon çox ağır vəziyyətdə idi, lakin bu, hər iki komanda üçün eyni idi. Odur ki, artıq bu barədə danışmağın mənası yoxdur ".

DÇ-2026-nın seçmə mərhələsində millimizlə 1:1 etdikləri görüş barədə danışan 23 yaşlı futbolçu deyib:

"Niyə belə oldu, demək çətindir. Ümumilikdə yetərincə qol vəziyyətimiz var idi.

1:0 hesabı ilə öndə idik. Sonra bir əks-hücum, cərimə meydançasına ötürmə, əllə oynama epizodu və penalti...

Sadəcə bəxtimiz gətirmədi. Hakim penalti təyin etdi. İkinci qolu vurmağa imkan tapmadıq.

Açığı, nə deyəcəyimi də bilmirəm. Oyunu indi analiz etmək çox çətindir. Topa nəzarət edirdik, imkanlar yaradırdıq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var